Ruhlarla danışa biləcəyimiz kitabxana yaradılacaq

Ruhlarla danışa biləcəyimiz kitabxana yaradılacaq
16 iyun 2022
# 13:20

2077-ci ildə ölülərlə danışmaq mümkün olacaq.

Kulis.az "DailyStar"a istinadən xəbər verir ki, belə iddia ilə Nyu York Şəhər Kollecində işləyən fizik-həkim Miçio Kaku çıxış edib.

O, 2077-ci ildə həyata keçiriləcək yeni tətbiq sayəsində insanların simulyasiya vasitəsilə ölən yaxınları və tarixdəki insanlarla söhbət edə biləcəklərini söyləyib.

Miçio Kaku bildirib ki, alimlər tərəfindən ruhlar kitabxanası yaradılacaq və bu kitabxanaya gedənlər seçdikləri kitab vasitəsilə ölü insanların əksi ilə ünsiyyət qura biləcəklər.

Kaku ölü insanların simulyasiya olaraq canlı insanın qarşısına çıxacağını və qarşısındakı şəxslə danışacaqlarını bildirib.

# 1422 dəfə oxunub

Müəllifin son yazıları

# # #