Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov tutduğu vəzifədən azad olunması üçün ərizə ilə mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.
Kulis.a APA-ya istinadən xəbər verir ki, bununla bağlı hələ ki müvafiq göstəriş verilməyib.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq Rüfət Həsənovun ərizə yazması təsdiq olunub: "Lakin hələ ki ərizəyə baxılmayıb".
Rüfət Həsənov vəzifəsindən azad olunması üçün ərizə yazdı
