Rövşən Abdullaoğlunun İstanbulda imza günü olacaq

Rövşən Abdullaoğlunun İstanbulda imza günü  olacaq
13 noyabr 2025
# 11:00

Yazıçı Rövşən Abdullaoğlunun İstanbulda imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə müəllif sosial media hesabında bildirib: "Kitablarım haqqında Türkiyədəki oxucularımdan çoxlu xoş rəylər alsam da, indiyədək orada görüş imkanı olmamışdı. Bu il keçiriləcək TÜYAP Kitab Sərgisində nəhayət görüşəcəyik. Qeyd edim ki, “Relslər üzərinə uzanmış adam”, “Bu şəhərdə kimsə yoxdur” və “Çətin olsa da, həyat davam edir” kitablarım artıq Türkiyədə “Ailə” nəşriyyatı tərəfindən işıq üzü görüb.
14 dekabr, saat 16:00-da “Aile” nəşriyyatı stendində keçiriləcək imza gününə oradakı bütün oxucularımı dəvət edirəm"

Qeyd edək ki, 42-ci İstanbul TÜYAP Kitab Sərgisi 13-21 dekabr 2025-ci il tarixdə keçiriləcək.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər