Robert De Nironun nəvəsinin ölümündə şübhəli bilinən şəxs saxlanıldı

Robert De Nironun nəvəsinin ölümündə şübhəli bilinən şəxs saxlanıldı
14 iyul 2023
# 11:10

Nyu-Yorkda bir qadın aktyor Robert De Nironun mərhum nəvəsi, 19 yaşlı Leandro De Niro Rodrigezə narkotik satmaqda şübhəli bilinərək həbs edilib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 20 yaşlı şübhəli hazırda dindirilir, ona qarşı hansı ittihamların irəli sürüləcəyi məlum deyil.

Xatırladaq ki, Leandro De Niro Rodrigez iyunun 3-də evində ölü tapılmışdı.

# 1154 dəfə oxunub

Müəllifin son yazıları

# # #