Aktyor Robert De Niro 19 yaşlı nəvəsinin ölümünə münasibət bildirib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi nəvəsi Leandronun vəfatından kədərləndiyini deyib və buna görə insanlardan ailəsini narahat etməməyi xahiş edib.
“Sevimli nəvəm Leonun vəfatı məni çox kədərləndirdi. Ailəmiz başsağlığı üçün hər kəsə minnətdardır. Sizdən xahiş edirik ki, bu itkiyə görə ailəmizi narahat etməyəsiniz”.
- Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq
- Tanınmış türkiyəli aktrisa Bakıda monotamaşa ilə çıxış edəcək
- Məşhur rus yazıçısından yeni roman
De Niro Leandronun ölüm səbəbini açıqlamayıb.
Qeyd edək ki, Robert De Nironun nəvəsi Leandro De Niro Rodriges ötən gün vəfat edib. Bu barədə De Nironun qızı Dren məlumat verib.