Rəsul Rza və Nigar Rəfibəylinin yeni kitabları təqdim olunacaq

Rəsul Rza və Nigar Rəfibəylinin yeni kitabları təqdim olunacaq
21 may 2025
# 10:05

Mayın 24-də “Qanun” nəşriyyatında Xalq şairi Rəsul Rzanın yenicə çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitabının təqdimatı olacaq.

Kulis.az xəbər verir ki, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən “Azərbaycan poeziyası. Seçmə şeirlər” layihəsi çərçivəsində işıq üzü görən kitab şairin 115 illik yubileyinə həsr olunub.

Kitabın ön söz müəllifi, filologiya elmləri doktoru Cavanşir Yusiflidir.

Tədbirdə Xalq şairi Nigar Rəfibəylinin eyni seriyadan bir az əvvəl işıq üzü görmüş kitabı da oxucuları təqdim ediləcək.

Xatırladaq ki, “Qanun” nəşriyyatı “Azərbaycan poeziyası. Seçmə şeirlər” seriyasından Füzuli, Xətai, Vaqif, Vidadi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd Aslan, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub kimi görkəmli Azərbaycan şairlərinin kitablarını nəşr edib.

Növbəti mərhələdə digər görkəmli şairlərin kitablarının çapı nəzərdə tutulur.

# 124 dəfə oxunub

Müəllifin son yazıları

# # #