Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək
5 dekabr 2023
# 17:15

Dekabrın 14-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında əvəzolunmaz müğənni, Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

Kulis.az xəbər verir ki, konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək.

Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

# 863 dəfə oxunub

Müəllifin son yazıları

# # #