Rəşad Məcid: "Nə məlumat oxuyurlarsa, dəqiqləşdirmədən yazırlar" - Açıqlama

Rəşad Məcid:  "Nə məlumat oxuyurlarsa, dəqiqləşdirmədən yazırlar" - Açıqlama
12 fevral 2024
# 13:41

"Peşəkar mediayla sosial medianın fərqi odur ki, sosial mediada məsuliyyət hissi olmur".

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Kulis.az-a açıqlamasında deyib.

Məşhurların ölüm xəbərləri ilə bağlı dezinformasiya yayan jurnalistlər, saytlar haqqında danışan sədr xəbər saytlarını məsuliyyətli olmağa çağırıb:

"Peşəkar mediayla sosial medianın fərqi odur ki, sosial mediada məsuliyyət hissi olmur. İstifadəçilər də nə məlumat eşidirlərsə, nə məlumat oxuyurlarsa, dəqiqləşdirmədən yazırlar. Peşəkar media bu məsələlərdə ehtiyatlı olmalı, sosial mediaya istinad edərkən məlumatı mütləq dəqiqləşdirməlidir. Bütün xəbər saytlarını bu mövzuda məsuliyyətli olmağa çağırıram".

# 1007 dəfə oxunub

Müəllifin son yazıları

# # #