Rəşad Dağlı məhkəməyə gətirildi - Video

Rəşad Dağlı məhkəməyə gətirildi - Video
4 mart 2023
# 12:12

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.

Kulis.az APA-ya istinadən xəbərə verir ki, Rəşad Dağlı hazırda Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Təqdimata hakim Gülnar Aslanova baxır.

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur.

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.

# 1609 dəfə oxunub

Müəllifin son yazıları

# # #