Rəmişin həyat yoldaşı: “Kişilərə yaxşı qulluq etmək lazımdır”

Rəmişin həyat yoldaşı:  “Kişilərə yaxşı qulluq etmək lazımdır”
14 noyabr 2023
# 14:50

“Rəmiş mənim üçün ölməyib. Sadəcə, o məni atıb, gedib”.

Kulis.az xəbər verir ki, bu sözləri mərhum gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Güllü Hüseynova deyib.

O, Rəmiş ilə bağlı xatirələrindən danışıb:

“Rəmiş mənim üçün ölməyib. Sadəcə, o məni atıb, gedib. Mən indi də ona bağlıyam. Elə bilirəm ki, o özü üçün başqa ev alıb, gedib orada yaşayır. Mən sağ olduqca o daim yaşayacaq. Allah onu özü mənə verdi, özü də aldı. Onsuzluğa birtəhər dözürəm. Mən yaşamıram. Ruhum gəzir”.

Güllü Hüseynova Rəmişin ölümündən öncəki günlərini xatırlayıb:

“Rəmiş son günlər heç nə danışa bilmirdi. O mənə nə isə demək istəyirdi. Lakin deyə bilmədi. Ona heyfsilənirəm. Dili tutulmuşdu. Rəmiş qaraciyər sirrozundan dünyasını dəyişdi. Hər kəs onun koronavirusdan vəfat etdiyini deyirdi. Lakin yanlış məlumat olduğunu sübut etdim.
Rəmiş hər zaman mənə deyirdi ki, “özünə yaxşı bax, vaxtında yeməyini ye”. Bir də deyirdi ki, “Gülüm, mənsiz maşın sürmə”. Ondan sonra mən maşın sürmürəm. Onun sözündən çıxmıram. Həmişə mənə deyirdi ki, “Gülüm, sənə nə isə olsa, özümü öldürərəm”.

Mərhum gitara ifaçısının həyat yoldaşı xanımlara müraciət edib:

“Hər bir qadından xahiş edirəm ki, ərlərinin qədrini bilsinlər. Nə qədər ağır, çətin xasiyyətli kişi də olsa, dözsünlər. Həyat yoldaşı çox gözəl nemətdir. Kişi xeylağı uşaq kimi olur. Nə qədər sığal çəksən, o qədər yaxşıdır. Zamanla səhvlərini başa düşəcəklər. Kişilərə yaxşı qulluq etmək, onların qeyrətini saxlamaq lazımdır.

1978-ci ildə Rəmişlə ailə həyatı qurmuşuq. Hər zaman yanında olurdum. Mənim atam, anam, qardaşım, bacım da Rəmiş idi. İndi tənhayam. Tək yaşayıram”.

Oxu.Az

# 1167 dəfə oxunub

Müəllifin son yazıları

# # #