“Yaşıl fil” filminin rejissoru Svetlana Baskova Oktyabrski rayon məhkəməsinin filmin nümayişinə qadağa qoyan qərarını yüksək qiymətləndirib.
Kulis.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Baskova filmin çeçen müharibəsinə və ordudakı dedovşinalara reaksiya olaraq çəkildiyini vurğulayıb.
“Məhkəmənin nə qərar verdiyini başa düşə bilmirəm. Qadağa nə deməkdir? O, Netflix-də deyildi. Düşünürəm ki, bu, uzaqgörən addımdır. Onlar yalnız bu filmə diqqət çəkirlər” – deyə rejissor bildirib.
Baskova “Yaşıl fil” filmini 1999-cu ildə həvəskar videokamera ilə çəkib. Filmin personajları qarovulda olan zabitlərdir. Onlar eyni kamerada oturaraq münaqişəyə girirlər, nalayiq söyüşlər söyür və paradoksal vəziyyətlərə düşürlər.