"Dərbənd Azərbaycan Dövlət Dram Teatrında və Tbilisi Dövlət Azərbaycan Dram Teatrında dəhşətli dərəcədə kadr çatışmazlığı var".
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu İrəvan Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyev “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxış edib.
Baş rejissor həmin teatrların problemlərinin də qaldırılmalı olduğunu deyib: "Bu məsələnin həlli istiqamətində mühüm addımlar atılmalıdır. Bu forum ölkəmizin hüdudlarından kənarda olan teatrlara da şamil edilmir. Ona görə də Mədəniyyət Nazirliyi bu məsələ istiqamətində də həmin teatrlara kömək etməlidir".