Rəhman Rəhmanov: "Ayağım çürüyürdü"

Rəhman Rəhmanov:  "Ayağım çürüyürdü"
7 noyabr 2024
# 14:31

Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problemdən danışıb.

Kulis.az xəbər verir ki, ikinci qrup əlillik alan aktyor uzun illərdir şəkərdən əziyyət çəkdiyini deyib:

"Bu səbəbdən ayağımda çürümə prosesi gedirdi. Sağ olsun aparıcı Zaur Baxşəliyev mənə yardım etdi. O məni düzgün həkimin yanına yolladı. Nəticədə, ayağım sağaldı".

Həyat yoldaşı da çətin günlərində aktyoru tək qoymayıb:

"İki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmışam və ikinci dəfə ailə qurmuşam. 31 ildir ki, bu evlilik davam edir. Çox xoşbəxtəm. Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim. Birinci oğlum 20 il əvvəl dünyasını dəyişib. Gülü xanım yaşatdı məni, indi də yaşadır. İkinci oğlum Emilin vəfatından sonra Gülü xanım məni yenidən ayağa qaldırdı. O mənə həyatda stimul verir".

# 498 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #