Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
19 may 2023
# 13:15

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin (DTM) “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şairə Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərini yayımlayıb.

Kulis.az xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla birgə təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru, İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, Rəbiqə Nazimqızı “Sənə qədər”, “Epizodik sevgilər”, “Çətirlərin qiyamı”, “Vaxtı öpmək” adlı şeir kitablarının müəllifidir. O, həmçinin “Rixard Vaqner. Mənim həyatım” memuarını, Avqust Strindberqin “Tənha”, Elias Kanettinin “Korlaşma” romanlarını, Romen Rollanın “Seçilmiş əsərləri”ni, dilimizə tərcümə edib.

Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

# 862 dəfə oxunub

Müəllifin son yazıları

# # #