Rasim Balayev: “İstəsələr, birləşmiş ittifaqın yeni rəhbəri ola bilərəm”

Rasim Balayev:  “İstəsələr, birləşmiş ittifaqın yeni rəhbəri ola bilərəm”
3 avqust 2023
# 16:35

Xəbər saytlarında küsülü olan iki Xalq artistimizin barışması barədə xəbərlər yayılıb.

Kulis.az xəbər verir ki, dünən Mədəniyyət Nazirliyinin təşkil etdiyi Milli Kino Gününüdə keçmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və keçmiş Azərbaycan Kinematoqrafçılarının İttifaqının sədri, Xalq artisti Rasim Balayev görüşüblər. Nazir onları təltif və təbrik edib. Hər iki Xalq artistinin eyni anda səhnəyə çıxması onların barışması barədə xəbərlərin yayılmasına səbəb olub.

Xalq artisti Rasim Balayev 11 ildir küsülü olmadıqlarını, zaman- zaman müəyyən tədbirlərdə görüşdüklərini bildirib.

“Biz düşmən deyildik ki, barışaq. Hərdənbir salamlaşırdıq”.

“Birləşmiş ittifaqın yeni rəhbəri olmaq üçün namizədliyinizi irəli sürəcəksinizmi?” sualına cavab verən Rasim Balayev bildirib ki, bunu zaman göstərəcək.

“Hələlik nəsə demək tezdir. Zaman göstərəcək. Qurultay keçirilməlidir. Məni istəsələr, niyə də olmasın”.

Lent.az

# 1472 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #