"Rammstein"in solistindən ilk dəfə zorakılıq iddialarına cavab

"Rammstein"in solistindən ilk dəfə zorakılıq iddialarına cavab
30 avqust 2023
# 11:09

"Rammstein" qrupunun solisti Till Lindemann ilk dəfə qadınlara qarşı zorakılıq iddialarına cavab verib.

Kulis.az xəbər verir ki, o, bununla bağlı rəsmi İnstaqram səhifəsində paylaşım edib.

O, ona qarşı başladılan istintaqın yekun nəticəsini gözləyən fanatlarına təşəkkür edərək, hadisədə haqlı olduğunu qeyd edib.

Qeyd edək ki, bundan bir müddət öncə Berlin Prokurorluğu cinsi qısnamada ittiham olunan Till Lindemannın istintaq işini təxirə salsa da, avqustun 29-da istintaqı yenidən başladıb.

# 893 dəfə oxunub

Müəllifin son yazıları

# # #