"Rammstein"in İsveçrə konserti protesto edildi

"Rammstein"in İsveçrə konserti protesto edildi
19 iyun 2023
# 16:48

Almaniyanın "Rammstein" metal qrupunun solisti Till Lindemanna qarşı cinsi qısnama ittihamı ilə istintaq başladılıb.

Kulis.az xəbər verir ki, Lindemann ittihamları rədd etdikdən sonra qrup İsveçrədə çıxış edib və 150-yə yaxın etirazçı Rammstein azarkeşləri ilə üz-üzə gəlmək üçün Bern stadionunun qarşısında toplaşıb.

40.000-dən çox pərəstişkarın iştirakı ilə anşlaqla dolu konsert gözləyən qrup etirazçıların reaksiyası ilə üzləşib. Etirazçılar "Mən o qadına inanıram" və "Zorlamaya son" yazılan pankartlarla qrupa etiraz ediblər.

Cinsi təcavüz iddialarından sonra qrupun İsveçrədəki iki konsertinin ləğvi üçün petisiya başladılıb.

Qeyd edək ki, Lindemann bir çox qadına cinsi təcavüz etməkdə ittiham olunur. Lindemanın vəkilləri ittihamları rədd edərək, iddiaları "həqiqətdən kənar" adlandırıblar.

Rammstein grubunun İsviçre konseri protesto edildi - 2

# 701 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #