Rammstein nağaraçısı Kristof Şnayder qrupun solisti Till Lindemanna qarşı irəli sürülən ittihamlardan danışıb.
Kulis.az xəbər verir ki, bu barədə musiqiçi İnstaqram səhifəsində yazıb.
Şnayder Berlin prokurorluğunun seksual cinayətlərdə ittiham etdiyi Rammstein lideri ilə bağlı qalmaqaldan şoka düşdüyünü bildirib. “Solistimizin haqqında sosial şəbəkələrdə yazılması və mətbuatda çap olunması məni şoka salıb”, - deyə ifaçı vurğulayıb.
O, həmçinin bildirib ki, yüz nəfərlik komandada heç kimdən belə bir şey görməyib və eşitməyib və son illərdə Lindemann Rammstein-dən uzaqlaşaraq layihələrinə və əyləncələrinə daha çox diqqət yetirdiyini qeyd edib.
Xatırladaq ki, bundan öncə qadınların çoxsaylı ifadələrinə görə, Makeevanın Lindemannın intim məqsədlər üçün konsertdən əvvəl və ya sonra yanına gətirməsini istədiyi qızların seçimi ilə məşğul olduğu iddia edilib.