Ramiz Rövşən: Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm

Ramiz Rövşən

Ramiz Rövşən

26 oktyabr 2022
# 14:40

Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm, amma Anar getsə, AYB bu AYB ola bilməz, bu, dəqiqdir.

Bunu APA-nın sualına cavab olaraq, Xalq şairi Ramiz Rövşən deyib.

Ramiz Rövşən Anarın birləşdirici xarakterinə diqqət çəkib: “Mən bir şeyi dəqiq deyirəm ki, bizdə vəzifədən daha çox vəzifədə şəxs və şəxsiyyət əhəmiyyət daşıyır. Bu, bir reallıqdır. Və Anardan sonra düşünürəm ki, o postda sədr olmaq istəyən də, ora tamah salan da olmayacaq. Çünki Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu birləşdirici xarakter çox böyük şərtdir”.

Xalq şairi yazıçı-oxucu əlaqəsinə də diqqət çəkib.

“Kimisə Yazıçılar Birliyinin sədrliyinə onun oxucuları və oxucu sevgisi gətirə bilər. Anarın yüz minlərlə oxucusunun olması həqiqətdir”, - Xalq şairi qeyd edib.

# 1359 dəfə oxunub

Müəllifin son yazıları

# # #