Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Kulis.az xəbər verir ki, gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın "Arazım", "İlk sevgi", "Qızlar bulağı", "Dedi tələsmə", "Küsüb məndən", "Doğma diyarım", "Həyat söylə sən kiminsən", "Bir könül sındırmışam", "Azərbaycan dünyam mənim" mahnılarını səsləndiriblər.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.