#

“Qurama Art” sərgisi açıldı

“Qurama Art”  sərgisi açıldı
27 dekabr 2023
# 13:00

Dekabrın 26-da İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində (BFE) II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə nümayiş olunan sənət əsərləri müasir rəngkarlıq, heykəltəraşlıq, miniatür, xəttatlıq, kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə hazırlanıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan sərgidə Pərinisə Əsgərova, Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarazıyeva, Məmməd Rəşidov, Orxan Qarayev, Aytən Abdullayeva, Günel Ravilova, Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gül Bəktəmirov, Sadat Bəkirova, Şəlalə Salamzadə, Ağaməli Əliyev, Tamira İbrahimova, Nərgiz Əsgərovanın əsərləri nümayiş olunur.

Qeyd edək ki, sərgi yanvarın 9-dək davam edəcək.

# 730 dəfə oxunub

Müəllifin son yazıları

# # #