Qubada caz düşərgəsi keçirilib

Qubada caz düşərgəsi  keçirilib
12 sentyabr 2025
# 12:40

Qubada növbəti “I Am Jazzman” caz düşərgəsi (“Jazz Camp”) keçirilib.

Kulis.az xəbər verir ki, düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi, eləcə də “Baku Jazz Festival”ın təşkilatçılığı ilə keçirilir.

Düşərgənin proqramına caz dərsləri ilə yanaşı, idman məşğələləri, seminar və ustad dərsləri, intellektual və idman oyunları daxil edilib.

İştirakçılar ənənəyə uyğun olaraq, düşərgənin keçirildiyi şəhərin sakinləri üçün təşkil olunmuş konsert proqramı hazırlayıblar. Konsertdə 16 kompozisiya səslənib, habelə proqramda düşərgənin bütün musiqiçiləri iştirak ediblər.

Qeyd edək ki, bu, məktəblilər və tələbələr də daxil olmaqla, caz musiqisi həvəskarlarını bir araya toplayan dördüncü düşərgədir. İlk üç düşərgə Qax, Qazax və Lənkəranda böyük uğurla keçirilib.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər