“Qorxma, mən səninləyəm” filminin aktyoru Artur Beryozin vəfat edib.
Kulis.az xəbər verir ki, bu haqda onun dostu Stas Balakin məlumat yayıb.
O bildirib ki, Artur uzun müddətdir xəstədir və o, Keyptaundakı xəstəxanaların birində ölüb.
Qeyd edək ki, o, rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm" adlı filmində məhbus obrazını canlandırıb.