Qızını oğulluğuna qısqanan məşhur yazıçı – Mirzə Cəlil haqqında maraqlı faktlar

Qızını oğulluğuna qısqanan məşhur yazıçı – Mirzə Cəlil haqqında maraqlı faktlar
4 yanvar 2023
# 21:00

Bu gün böyük Azərbaycan yazıçısı, maarifçi, "Molla Nəsrəddin" jurnalının qurucusu Cəlil Məmmədquluzadənin doğum günüdür. Kulis.az məşhur yazıçının həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

Ailəsi onu Qoriyə oxumağa göndərmək istəməyib. Bundan əsəbiləşən Cəlil əlinə ağac alıb qab-qacağı sındırır. Atası onun dəli olacağından qorxub oxumağa göndərir.

Birinci arvadı Zeynəb onu çox sevdiyindən, qısqandığından dəli olub.

Demokratik Cümhuriyyət dövründə Cəlil Məmmədquluzadəyə vəzifə təklif olunub, təklifi qəbul etməyib və demokratik cümhuriyyət sevdası olmayıb.

Gallery

Qızı Münəvvəri Həmidə Cavanşirin oğluna qısqanırmış. Onlar ikisi yanaşı gedəndə Həmidə xanıma acıqlanırmış.

Üzeyir bəylə Şuşada tez-tez görüşürmüşlər. Bir dəfə Şuşada ocaqda bozbaş bişirirlər. Ancaq hər ikisinin bozbaş sevdası alınmır. Bozbaş qazanı aşıb ocağa dağılır.

Azərbaycan nəsrinin ən unikal povesti “Danabaş kəndinin əhvalatları”nı 25 yaşında yazıb və heç vaxt çap etdirməyib.

Çar devriləndə ailəsi ilə birlikdə İrana qaçıb və çoxlarının düşündüyünün əksinə, “Molla Nəsrəddin” jurnalına görə İranda çox böyük ehtiramla qarşılanıb.

Gallery

Körpə qızı dayanmadan ağlayanda o qədər əsəbiləşib ki, onu qucağına alıb su quyusuna atmaq istəyir. Amma yarı yolda ayılır və fikrindən daşınır.

Həmidə xanım onu qulluqçusu ilə yataqda yaxalayır. Tüfənglə vurmaq istəyir, ancaq qıymır.

Olduqca assosial adam olub. Ancaq xüsusilə xoşladığı, ürəyinə yatan insanlarla söhbət etməkdən doymurmuş.

Gallery


Mirzə Cəlil Azərbaycan ədəbiyyatının ən böyük xarakter ustası kim tanınır.
“Usta Zeynal”, “Poçt qutusu”, “Qurbanəli bəy” və digər hekayələri dünya ədəbiyyatının şedevrləri hesab etmək olar.


Mirzə Cəlil əslində ən böyük gücünü “Molla Nəsrəddin”nin nəşrinə həsr edib. O ədəbi yaradıcılıqdan əlavə iş kimi məşğul olub.

Çox maraqlıdır ki, “Azərbaycan” məqaləsini yazan, müstəqilliyin, milli azadlığın nə olduğunu çox dəqiq göstərən Mirzə Cəlil Azərbaycan demokratik cümhuriyyəti haqqında ciddi heç nə söyləməyib, yazmayıb.

Mirzə Ələkbər Sabirlə çox yaxın dost olub. Sabirin tanınmasında və satira yaradıcılığının pərvəriş tapmasında müstəsna rolu olub. Eyni zamanda onu Kəhrizlidəki evinə aparıb uzun müddət müalicə elətdirib.

Ömrünün sonunda uşaqları soyuqdan donmasın deyə əlyazmalarını ocağa atıb yandırır. Həmidə onun illərlə yazdığı, qoruduğu əlyazmaları ocağa atdığını görəndə heyrətə gəlir.

Gallery

Bakıdakı beş otaqlı mənzili Mirzə Cəlilə Nəriman Nərimanov veribmiş.

Mirzə oxumaq imkanı olmayan bütün qohumlarından uşaqlarını götürüb Bakıda, Tiflisdə oxudurmuş.

İflic olandan sonra Şuşaya, Cıdır düzünə qalxa bilmirmiş. Aşağı kəndlərdə qalıb dincəlməli olur. Sonra yuxarı qalxır. Bir gün Cıdır düzünün gözəlliyinə baxır və deyir: kaş məni burda dəfn edəydilər!


Ölüm ayağında oğlu Midhəti arzulayır, işdən onu evə çağırtdırır. Onun ölümündən bir neçə il sonra oğlu da dünyasını dəyişir.

# 38854 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #