"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu
8 oktyabr 2026
# 17:00

Türkiyənin köklü kino tədbirlərindən olan Beynəlxalq Antalya "Qızıl Portağal" Film Festivalının keçirilməsinə az müddət qalıb.

Kulis.az xəbər verir ki, bu il 63-cü dəfə baş tutacaq festivalın Milli Tammetrajlı Film Müsabiqəsinin münsiflər heyəti açıqlanıb.

Münsiflər heyətinə tanınmış yazıçı, rejissor və prodüser Dərviş Zaim rəhbərlik edəcək.

Heyətdə redaktor Aylin Zoi Tinel, dosent Elif Demoğlu, aktyor Fatih Artman və aktrisa Məryəm Üzerli, rəssam Sırma Bradli, həmçinin bəstəkar Rəhman Altın təmsil olunurlar.

Qeyd edək ki, 24-31 oktyabr tarixlərində təşkil olunacaq tədbirdə 11 yerli film əsas mükafat uğrunda mübarizə aparacaq.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər