Qızı Bred Pittin soyadından imtina etdi

Qızı Bred Pittin soyadından imtina etdi
17 noyabr 2023
# 14:38

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin qızı Zahara Amerikada qız tələbələrin qurduğu birliklərdən biri olan "Alfa Kapp"a qoşulub.

Kulis.az "People"a istinadən xəbər verir ki, 18 yaşlı Zaharanın birliyə qoşulma mərasimində özünü təqdim edərək atasının soyadından istifadə etməməsi diqqət çəkib.

"Mənim adım Zahara Colidir. Kaliforniyadan gəlirəm".

Qeyd edək ki, cütlük Zaharanı 2005-ci ildə Efiopiyadan övladlığa götürüb. Ancelina Coli və Bred Pitt 7 il əvvəl ayrılıblar.

# 830 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #