Qırğızıstanda müğənnilərin fonoqram ifasına qadağa qoyulub.
Kulis.az xəbər verir ki, Qırğızıstanda kütləvi-mədəni tədbirlərdə əvvəlcədən yazılan mahnıların müşayiəti ilə oxumaq qadağandır. Qərar yanvarın 1-dən qüvvəyə minib.
Qırğızıstan Mədəniyyət Nazirliyinin mətbuat xidməti jurnalistlərə verdiyi açıqlamada ictimai mədəni tədbirlərdə əvvəlcədən yazılmış mahnıların müşayiəti ilə oxunmasını qadağan etdiyini açıqlayıb.
- “Netflix”ə yeni rəqib yaradıldı
- Vaqif Mustafayevin filmi türk dünyasının baş mükafatını qazandı
- İtkin düşən aktrisa tapıldı
Qanunu pozanlara qarşı hansı cəzaların tətbiq ediləcəyi bəlli olmasa da, məsuliyyət müvafiq tədbirlərin təşkilatçıları və aparıcılarının üzərinə düşəcək.