"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi
29 oktyabr 2024
# 16:46

Azərbaycanın görkəmli ədəbi siması, Xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları "Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimi Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının Konfrans zalında baş tutub.

Tədbirdə kitabın "Ön sözü"nün müəllifi, Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Eke, professor Qəzənfər Paşayev, professor Muxtar Kazımoğlu, Xalq şairi Ramiz Rövşən, Xalq yazıçısı Elmira Axundova, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev və digərləri çıxış edərək əsərin əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki, “Sim-Sim” nəşriyyatında işıq üzü görən kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilib.

# 588 dəfə oxunub

Müəllifin son yazıları

# # #