Şirvan şəhərində Dövlət Arxivi Şirvan filialının təşkilatçılığı ilə tanınmış şair, Əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
Kulis.az xəbər verir ki, görüşdə şəhər ziyalıları, 18 saylı orta məktəbin müəllim və şagird kolliktivi, Hacıqabul və Sabirabad rayonlarının arviv işçiləri iştirak ediblər.
Görüşdə şairin yaradıcılığı haqqında Şirvan Arxiv idarəsinin müdiri şair, jurnalist Nəsibə Məmmədova (Nəsibə Nəsibqızı) məlumat verib.
“Bədii yaradıcılıq da gələcək üçün bir arxivdir” deyən Nəsibə xanım şairin bir neçə şeirini səsləndirib.
Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırıb, onlara kitablarını hədiyyə edib, yeni şeirlərini oxuyub.
Sonda xatirə şəkilləri çəkilib.