Qərbi Azərbaycandakı mədəni irsin bərpası ilə bağlı UNESCO-ya müraciət edilib

Qərbi Azərbaycandakı mədəni irsin bərpası ilə bağlı UNESCO-ya müraciət edilib
5 dekabr 2025
# 11:06

"Qərbi Azərbaycandakı mədəni irsimiz xeyli zərər görüb".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzususunda keçirilən III Beynəlxalq Konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.

O bildirib ki, Qərbi Azərbaycandakı mədəni irsimizin bərpası məsələsinin gündəmə gətirilməsi vacibdir: “Qərbi Azərbaycanda əcdadlarımızın yaratdığı mədəni irs nümunələri ermənilərin vandalizminə məruz qalıb. Bununla bağlı UNESCO-ya müraciət ünvanlamışıq”.

# 48 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər