Qədim Misirdə pişiklər niyə müqəddəs sayılırdı? - Bilmədikləriniz

Qədim Misirdə pişiklər niyə müqəddəs sayılırdı? - Bilmədikləriniz
18 fevral 2022
# 17:00

Kulis.az Qədim Misirdə pişiklərin müqəddəs sayılmasının səbəbi ilə bağlı maraqlı məlumatları təqdim edir.

Qədim misirlilər bir çox tanrı ve ilahəni fərqli heyvan xüsusiyyətləri ilə təsvir ediblər. Ancaq heç bir heyvana pişikdən daha çox heyran olmayıblar. Bu günün internet dünyasında da vəziyyət eyni cürdür – pişik videolarına baxmaq.

Biz pişikləri dostluqları və şıltaqlıqları səbəbindən sevirik, misirlilər isə onlara ilan, siçan, və əqrəbləri ovlamaq bacarıqlarına görə aşiq olmuşdular. Ovçuluq qabiliyyətinə verdikləri önəmin rəmzi olaraq, xalqı ilan, əqrəb və siçan kimi ziyanvericilərdən qoruduğuna inanılan ilahə Mafdet pişik olaraq təsvir edilmişdir.

Daha sonra Mafdetin yerini tanrıça Bastet almışdır. Bastet, ilk öncə Aşağı Misirin qoruyucu ilahəsi idi və vəhşi şir kimi təsvir edilirdi. Belə ki, adı da “yeyən”, “yeyərək yox edən” mənasına gəlməkdədir. E.ə 1456-cı ildə ev pişikləri ilə eyniləşdirilərək bu cür təsvir edilməyə başlamışdır. Qoruyucu ilahə kimi Fironun mühafizəçisi idi. Bubastis şəhəri ona ithaf olunmuşdu. Hər il yüz minlərlə insan yunan tarixçi Heredotun bütün Misirin ən populyar bayramı olaraq səciyyələndirdiyi Bast festivalı üçün Bubastis şəhərinə axın edirdi.

Misir incəsənətində pişiklərə xüsusi ehtiram göstərilirdi. Hətta ölümlərindən sonra da matəm saxlanılır, mumyalanırdılar. Bir pişiyi öldürmək isə ölüm cəzası ilə nəticələnirdi. Bir əfsanəyə görə e.ə. 525-ci ildə baş verən Pelisium müharibəsində əhəməni əsgərlər misirli oxçuların onlara zərər verməyəcəyini düşünərək pişiklərdən qalxan kimi istifadə ediblər.

# 5846 dəfə oxunub

Müəllifin son yazıları

# # #