Qazax yazıçı Çin dövlət mükafatına layiq görüldü

Qazax yazıçı Çin dövlət mükafatına layiq görüldü
3 noyabr 2025
# 13:40

Çinin Urumçi şəhərində yaşayan qazax yazıçı Anar Zinuarbekovna Bin Xin adına Dövlət Ədəbi Mükafatının laureatı olub.

Kulis.az xəbər verir ki, Sanven (esse) janrı üzrə ədəbi mükafat yazıçıya “ən yaxşı esse toplusu” nominasiyasında “600 kilometr: Səyahət yolunda” adlı nəşrinə görə verilib. Topluya daxil olan esselərdə müəllif vətən həsrəti, qohumluq əlaqələri, çöl mənzərələri, qazax milli mətbəxi, şəhər həyatından bəhs edir.

Anar Zinuarbekovna Qazax Muxtar Vilayətinin Kunes rayonunda anadan olub. 2014-cü ildən yaradıcılıqla məşğuldur. Bin Xin Mao Dun və Lu Xin ilə birlikdə Çinin ən nüfuzlu ədəbi mükafatlarından biridir.

Qeyd edək ki, ədəbi mükafat 2002-ci ildən etibarən iki ildən bir verilir və bu il müsabiqəyə 2023-2024-cü illərdə nəşr olunmuş 339 toplu təqdim olunub.

# 125 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər