"Qarınqulu" tamaşası olacaq

"Qarınqulu"  tamaşası olacaq
18 fevral 2022
# 16:20

Bakı Uşaq və Gənclər Teatrında premyera olacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Vüqar Haqverdiyevin əsəri əsasında uşaqlar üçün hazırlanmış “Qarınqulu ayı” tamaşası 19 fevral saat 12:00-da Q.Abbasov adına mədəniyyət sarayında (Qaraçuxur qəsəbəsi, K.İsmayılov 18) nümayiş olunacaq.

Tamaşanın rejissoru respublikanın Əməkdar artisti İntiqam Soltandır.

Tamaşada rolları Sənan Fərzəliyev, Qurban Əhmədov, Könül Şahbazova, Türkan Şahmarlı, Gülnar Əlizadə, Aytən Səfərova, Niyaz Novruzov, Röyal Allahverdiyev, Toğrul İsabəyli, Emin Balayev və Orxan Məmmədov ifa edirlər.

# 1341 dəfə oxunub

Müəllifin son yazıları

# # #