Qarğabazar karvansarayı bərpa ediləcək

Qarğabazar karvansarayı bərpa ediləcək
27 oktyabr 2025
# 13:00

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa edilməsi nəzərdə tutulur.

Kulis.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinə məxsus "Əsaslı Tikinti və Təchizat" MMC hazırlığa başlayıb.

Məlumata görə, ilkin olaraq bərpa və ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq.

Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar karvansarayının eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir.

Qeyd edək ki, memarı məlum olmayan bu tarixi abidəyə bəzən Şah Abbas karvansarayı da deyirlər.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər