Qardaşının həyat yoldaşı ilə yazışan şair - Maraqlı faktlar

Qardaşının həyat yoldaşı ilə yazışan şair - Maraqlı faktlar
2 iyul 2023
# 20:00

Kulis.az görkəmli ABŞ şairi Emili Dikinson haqqında 9 maraqlı faktı təqdim edir.

1. Emili Elizabet Dikinson 10 Dekabr 1830-cu ildə ABŞ-nin Massaçüsets ştatında anadan olub. Atası tanınmış vəkil və siyasətçi Eduard Dikinson, anası isə Emili Norkross Dikinsondur. Emilinin babası Samuel Fouler də təhsil sahəsinə böyük töhfələr verib. Belə ki, onun bir neçə məktəbin tikilməsində böyük rolu var. Olduqca ziyalı və təhsilə əhəmiyyət verən bir ailədə dünyaya gəlməsi Emilinin və digər iki övladın da təhsilinin standart təhsil səviyyəsindən yüksək olması ilə nəticələnib.

2. Dövrün bir çox şairlərinin əksinə, yaradıcılığı boyunca tanınmışlıq və şöhrət ondan yan keçib. Belə ki, sağlığında anonim imzayla sadəcə yeddi şeiri işıq üzü görüb. Emilinin varlığı üzərindəki kölgə onun öz iradəsiylə seçdiyi həyat tərzindən qaynaqlanırdı. Belə ki, o heç vaxt yaradıcılığını gözə soxmayıb, bir növ, öz daxili dünyası üçün yazıb-yaradıb. Odur ki, gənc yaşda evinə qapanaraq könüllü məhkumiyyət həyatı yaşayıb və ömrü boyunca nadirən bayıra çıxıb. Şairin vəfatından sonra bacısı qıfıllı sandıqçada 2000-ə yaxın şeir nüsxəsi aşkarlayıb. Bu əlyazmalar 1890-cı ildə nəşr edilib. Məhz bu kitab Emiliyə layiq olduğu oxucu sevgisini və şöhrətini qazandırıb. Təəssüf ki, artiq onun vəfatından 4 il keçirdi. Gözəl görünüşlü şairin nə üçün qapalı həyat tərzi seçdiyi dəqiq bilinmir. Bu yöndə bir çox fərziyyələr irəli sürülsə də, çoxu nakam məhəbbət hekayəsini əsas gətirir. Emilinin həyatı boyunca evlənməməsi də bu ehtimalı qüvvətləndirib. Görünür, o, ruhunun azadlığını cisminin dustaqlığında görüb. Odur ki, dünyaya qapılarını açmaq yerinə, öz qapalı otağında yeni bir dünya yaradıb, orada yaşamağı seçib.

3. Emily Dickinson ənənəvi durğu işarələrindən istifadə etməyib. Onun poeziyaya yanaşması qeyri-adi olub. Orijinal əlyazmalarda olduğu kimi, o, müxtəlif uzunluqlarda və istiqamətlərdə yazıb. Lakin onun ilk redaktorları bu qeyri-adi durğu işarələrini redaktə ediblər və şeirləri orijinaldan fərqli formada çapa veriblər. Alimlər hələ də Dikinsonun qeyri-adi durğu işarələrinin onun şeirlərinin ritminə və mənasına necə təsir etdiyini müzakirə edirlər. Dikinsonun orijinal əlyazmalarını görmək istəyirsinizsə, Emili Dikinson Arxivinə baş çəkə bilərsiniz.

5. Dickinson, hayatı boyunca ailesinin yanında yaşadı.

4. 1863-cü ildə Dikinsonun gözlərində problemlər yaranmağa başlayıb. Parlaq işıqlar, oxumağa və yazmağa çalışmaq onun gözlərinə mənfi təsir edib. Növbəti il bostonlu oftalmoloq Dr. Henri Uilyamsı ziyarət edib. Uilyamsın diaqnozunun nə olduğu bilinmir, lakin tarixçilər şairdə göz infeksiyası olduğunu düşünürlər. 1865-ci ildə o, əvvəlki sağlamlığını bərpa edib.

5. Dikinson qardaşı Ostinin arvadı Syuzanla yaxın dost olub və onunla müntəzəm yazışıb. Bu məktublarda sevgi sözlərinə də rast gəlinir.

6. O, ailəsinin mülkündə yüzlərlə gül, meyvə və tərəvəz yetişdirib. Alma, gilas, armud ağaclarına qulluq edib. Həmçinin, ailəsinin yasəmən, qardeniya, mixək olan istixanasına da baxıb. Şeirlərində tez-tez bitkilərə müraciət etməsi də buradan qaynaqlanır.

7. Dickinson'ın yazılarında konu ettiği kişinin kimliği bilinmemektedir.

7. Emili Dikinson tarixin ən məşhur Amerika şairlərindən biri olmağa namizəd olsa da, sağlığında onun əsərlərinin çox az hissəsi aşkara çıxıb. 10 şeiri və 1 məktubu nəşr olunub, lakin onun bu nəşrlərdən xəbəri olub-olmaması ilə bağlı fərziyyələr var. Sevdiklərinə şeir və məktublar yazıb, ədəbi əsərlərinin çoxunu yalnız özü üçün saxlayıb.

8. Təbiətə, ölümə və metafizikaya diqqət çəkən Dikinson poeziyası XVII əsrin metafizik şairlərinin, o cümlədən, Con Donnenin təsirini əks etdirir.

9. Dikinson 15 may 1886-cı ildə Amherstdəki evində dünyasını dəyişib. Ölümünün səbəbi hələ də mübahisəlidir. Böyrək xəstəliyindən öldüyü deyilsə də, son araşdırmalar onun yüksək təzyiqdən öldüyünü göstərir. Amherst qəbiristanlığındakı birinci məzar daşında yalnız "EED" yazılmışdı (Emily Elizabeth Dikinson). Ancaq sonradan qardaşı qızı Marta Dikinson Biançi ona zövqlə oxuduğu Hyu Konveyin romanına istinadən “Geri çağırıldı” cümləsi həkk olunmuş yeni qəbir daşı düzəltdirdi. Dikinsonun ölməzdən əvvəl əmiuşağına yazdığı sonuncu məktubu da “Geri çağırıldı” cümləsiylə başlayırdı.

11. Dickinson’ın yeğeni, ona özel bir mezar taşı hediye etti.

# 1651 dəfə oxunub

Müəllifin son yazıları

# # #