Uzun müddət qəzalı vəziyyətdə olan və dəyərli tarixi mirasımızı yaşadan Qala Əntiq Əşyalar Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həyata keçirdiyi bərpa işlərindən sonra yenidən ziyarətçilərin ixtiyarına verilib.
Kulis.az xəbər verir ki, hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.
2011-ci ildə yaradılan muzey, illər boyunca Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib.