Qafqaz xalqları mədəniyyəti festivalı keçirildi

Qafqaz xalqları mədəniyyəti festivalı keçirildi
7 iyun 2022
# 18:55

Sankt-Peterburq vilayətinin Vsevolojsk şəhərində Qafqaz xalqları mədəniyyəti festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalda Qafqaz xalqlarının rəqsləri, milli mətbəxləri, adət-ənənəsi tamaşaçılara təqdim olunub. Festivalda vilayətin Azərbaycan Milli Muxtariyyətinin sədri Naib Paşayev və sədr müavini Könül Abbasovanın dəvəti ilə Sankt-Peterburqda fəaliyyət göstərən "Çinar" Milli Mədəni Mərkəzi də iştirak etmişdir.

Festivalın Azərbaycan bölməsinin təkşilatçılığı bilavasitə başda mərkəzin təsisçisi, sədri, Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Xeyransa Mirzəyeva və "Çinar" Milli Mədəni Mərkəzinin həmtəsisçisi, sədr müavini Ülviyyə Abbasova başda olmaqla "Çinar" mərkəzi tərəfindən həyata keçirilmişdir.

Festivalda xalçatoxuma, şəkərburadüzəltmə rəsmçəkmə, şüşədən məmulatlar düzəltmə master-klasları, Azərbaycan musiqi alətlərinin, milli geyimlərin, məişət əşyalarının sərgisi nümayış olunub.

"Çinar" vokal-xoreoqrafik ansamblı "Odlar yurdu", "Qaval", "Tərəkəmə", "Çobanlar", "Yallı" rəqslərini, xınayaxtı mərasimini, milli geyimlərin nümayişini və ansamblın üzvü Abbasova Mədinənin ifasında "Azərbaycan" mahnısını tamaşaçılara təqdim edilib.

Festivalda Sankt-Peterburqda fəaliyyət göstərən digər Azərbaycan təşkilatları və kollektivləri - başda Fatma Nəzirli olmaqla "Xarı bülbül" rəqs ansamblı, "Simurq" tələbə-gənclər təşkilatı, "Naxçıvan" Azərbaycan Dostlar Cəmiyyəti də iştirak ediblər.

# 1796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #