Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən səhnəyə qayıtmağı planlaşdırır.
Kulis.az "Mash" teleqram kanalına istinadən xəbər verir ki, 74 yaşlı sənətçi Yeni ildə səhnəyə çıxacaq.
Onun 500 min dollarlıq (təxminən 850 min manat) rekord qonorar qarşılığında mahnılarını ifa edəcəyi bildirilir. İfaçı bayram günlərində Kipr və Dubayda çıxış edəcək.
İddialara görə, Puqaçova Moskvada da səhnəyə çıxacaq.
Qeyd edək ki, Alla ailəsi ilə birgə bir müddət əvvəl İsraildən Kiprə köçmüşdü. O, ötən həftə yenidən Rusiyaya qayıdıb.
Puqaçova səhnəyə qayıtmaq üçün rekord qonorar alacaq
9 noyabr 2023
11:00
853 dəfə oxunub