Problem səndə deyil, məndədir - Hamımızın tanıdığı 5 qəribə insan

Problem səndə deyil, məndədir - Hamımızın tanıdığı 5 qəribə insan
22 noyabr 2021
# 17:20

1) Sən daha yarısında ikən “Fatihə”ni bitirən adamlar:

Bəzən bizə elə gəlir ki, həmin adamlar surələri rəqəmlə adlandırıblar. Misalçün, Fatihə surəsinə 2 qoyub, mollanın salavatını gözləyirlər. Salavat verilən kimi “Bismillahir-rəhmanir-rəhim – 2” deyib bitirirlər.

Bu vəziyyətdən sonra ya növbəti Fatihəni gözləməlisən, ya oxumuş kimi edib hər kəslə birlikdə “amin” deməlisən, ya da yarıda kəsib – el dili desək, başını buraxmalısan.

2) “Problem səndə deyil, məndədir” deyən qız

Azərbaycan qızlarının 99%-i infantildir. Onlar həyatdan heç nə istəmirlər. Bilmirlər ki, nə üçünsə çalışmaq, nəyisə əldə etmək, stimul və s. kimi anlayışlar var. Ancaq “mama-papa şotuna” yaşamaq istəyirlər. Bu qızların tək fikri-zikri ərə getməkdir. Hər oğlana potensial ər gözü ilə baxan bu qızlar, sənin hansısa hərəkətini beyinlərində yaratdıqları standart “ər” idealına uzlaşmadığını görən kimi dərhal belə cümlələr işlədirlər.

Bu cümlənin mənası odur ki, sıxılmışam və sən məni saxlaya bilməyəcəksən. Problem səndədir, səndədir və səndədir. "Səni sevirəm, amma dost kimi, "daha yaxşılarına layiqsən" və s. cümlələr də bu ifadənin sinonimdir.

3) “Pulun nə önəmi var, əsas insanlıqdır” deyən adam

Bu cümləni işlədən adamlar, üstündən heç üç gün, bir həftə keçməmiş adamdan tonlarla borc alıb, sonra qaytarmırlar. Bu ifadə heç bir reallığı əks etdirmir. Tamam yalandır.

Əgər sən həmin adamdan borc istəsən, verəcəyi ilk cavab belə olacaq: “Olsa, sənə qurbandır”.

4) Özündən danışan insan

Qarşısındakını tükədən, bitirən, iliyini gəmirən insandır. Həmin insanlara gərək sual verməyəsən. Bir cümləyə sığa biləcək şeyi, 10 cümlə ilə danışacaq, durmayacaq, dayandırılmayacaq insandır.

Ətrafınızda ən azı 1 nəfər belə dostunuz var, yoxdursa, bu sizsiz. Onlara bir atalar sözü yaraşır: "Nağaradan çox səs çıxır, amma içi boşdur".

5) “Bizim bir tanış var” deyən insan

Bir-birini çox da tanımayan insanlar arasında keçən dialoqun başlanğıcıdır. Adətən sözügedən bu tanış ya heç vaxt olmayıb, ya da olubsa da, danışan adam onu görməyib. Pis bir şeydən danışılırsa, bu “tanış” danışan adamın özüdür. Misalçün, "Bizim bir tanış var, o da prostatdan əziyyət çəkir".

Bu danışılan “tanış”, hər yerdə hər zaman nəsə etməkdədir, hər kəsi tanıyır, çoxlu pulu olub, sonradan türməyə düşərək bütün sərvətinin verib çıxıb, indi də taksi şoferi işləyir.

# 2011 dəfə oxunub

Müəllifin son yazıları

# # #