“Pravda” nəşriyyatının keçmiş direktoru Vyaçeslav Leontyev Rusiyanın Moskva şəhərində intihar edib.
Kulis.az xəbər verir ki, bu barədə mediaya Fövqəladə Hallar Xidmətindən bildirilib.
Agentlik tərəfindən yayılan məlumatlara görə, Leontyev dünən axşam saatlarında dünyasını dəyişib. O, əsəb böhranından sonra intihar edib.
Qeyd edək ki, 87 yaşlı Leontyevin cəsədi öz mənzilinin pəncərəsi yanında tapılıb.