Polşada sənət və çiçəkçilik sərgisi keçirilir

Polşada sənət və çiçəkçilik sərgisi keçirilir
11 avqust 2025
# 12:25

Polşanın paytaxtı Varşavada məşhur Lazienki Parkında təşkil edilən “Krallıq bağının həyatı” adlı sərgi tarixi bağçılıq sənəti ilə müasir sənəti bir araya gətirir.

Kulis.az xəbər verir ki, sərgi 350 ildən çox yaşı olan bu parkın inkişaf mərhələlərini, bağbanların gündəlik həyatını və bağın şəhər kimliyindəki rolunu əhatə edir.

Ekspozisiyada baharın ətri, heyvan səsləri və toxunuşa əsaslanan hisslər ön plana çəkilir.

Ənənəvi sənət əsərləri, müasir instalyasiyalar və çiçək kompozisiyaları sərgidə xüsusi yer tutur.

Tam əlçatanlıq prinsipi əsasında hazırlanan sərgi görmə və eşitmə məhdudiyyətli şəxslər üçün də uyğunlaşdırılıb.

Qeyd edək ki, sərgi 14 sentyabradək davam edəcək.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər