Pikassonun məşhur rəssam sevgilisi 102 yaşında vəfat etdi

Pikassonun məşhur rəssam sevgilisi 102 yaşında vəfat etdi
7 iyun 2023
# 09:51

Rəssam Fransuaza Gilot 102 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Gilot təkcə rəssam kimi deyil, həm də kult ispan rəssamı Pablo Picasso ilə romantik münasibəti ilə tanınır. O, hətta "Pikasso ilə həyatım" kitabını da yazıb.

Gilot 1921-ci ildə Parisin Neuilly-sur-Seine qəsəbəsində anadan olub. Onun ilk sərgisi 1943-cü ildə Parisdə baş tutub. Sonra Pikasso ilə tanış olub. Pikasso ondan 40 yaş böyük olub. 1948-ci ildə onlar bir yerdə yaşamağa başlayıblar və bu münasibətdən Klod və Paloma adlı övladları dünyaya gəlib.

Gilot və Pikasso 1953-cü ildə ayrılıblar. 1956-cı ildə sənətçi həmkarı Luc Simon ilə evlənib. 1956-cı ildə bu evlilikdən Oreliya adlı bir qızı dünyaya gəlib. Cütlük 1962-ci ildə qarşılıqlı razılaşma əsasında boşanıb.

1970-ci ildə Gilot poliomielit peyvəndini kəşf edən virusoloq Jonas Salk ilə yenidən evlənib.

Gilot 1990-cı ildə fəaliyyətinə görə, "Fəxri Legion" ordeni ilə təltif edilib.

Rəssam və Pikassonun sevgilisi Fransuaza Gilot dünyasını dəyişib

# 1055 dəfə oxunub

Müəllifin son yazıları

# # #