Pəri Miniatürün nəşriyyatlarla məhkəməsi - Təzminat təmin edilmədi

Pəri Miniatürün nəşriyyatlarla məhkəməsi - Təzminat təmin edilmədi
24 dekabr 2025
# 18:15

Rəssam Pərnisə Əsgərovanın (Pəri Miniatür) "Qanun" və "Xan" nəşriyyatlarına qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət qismən təmin edilib və iddiaçıya məxsus əsərlərdən onun razılığı olmadan biznes məqsədi ilə istifadə edilməsi qadağan edilib. Şikayətin təzminat hissəsi təmin edilməyib.

P.Əsgərova Kulis.az-a bildirib ki, təzminatla bağlı iddiasının təmin edilməsi üçün qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Rəssamlar İttifaqının üzvü, rəssam Pərnisə Əsgərova "Qanun" və "Xan" nəşriyyatlarının onun əsərlərindən icazəsiz istifadə etdiyini əsas gətirərək məhkəməyə müraciət edib və 20 min manat təzminat istəyib.

# 145 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər