Peleyə görə Braziliyada matəm elan olundu

Peleyə görə Braziliyada matəm elan olundu
30 dekabr 2022
# 10:00

Əfsanəvi futbolçu Pelenin 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.

Kulis.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Jair Bolsonaro fərman imzalayıb.

Bundan başqa, Bolsonaro tviter hesabında paylaşım edərək Pelenin ailəsinə başsağlığı verib.

“Pele futbolu sənətə və əyləncəyə çevirdi, futbolla Braziliyanın adını dünyaya duyurdu” - Bolsonaro paylaşımında qeyd edib.

# 1024 dəfə oxunub

Müəllifin son yazıları

# # #