"Peaky Blinders" filminin hazırlıqları davam edir

"Peaky Blinders"  filminin hazırlıqları davam edir
27 sentyabr 2024
# 10:03

Oskar mükafatı laureatı Kilyan Mörfinin baş rolu canlandıracağı "Peaky Blinders" filminin hazırlıqları davam edir.

Kulis.az xəbər verir ki, filmə daxil olan sonuncu aktyor Tim Rot olub.

Rotun canlandıracağı personajla bağlı təfərrüatlar qeyri-müəyyən olaraq qalır.

Hələ adı məlum olmayan və aktyor heyətində Rebekka Ferguson və Berri Kiqanın olduğu filmin rejissoru ilk mövsümün yarısını çəkən Tom Harperdir.

Qeyd edəkj ki, 2013-2022-ci illərdə yayımlanan eyniadlı serial qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

# # #