Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu
7 oktyabr 2026
# 17:00

İtaliyanın məşhur dəb evi "Brunello Cucinelli" 2026 Payız-qış moda kolleksiyasını Özbəkistanın paytaxtı Daşkənddə yerləşən XIX əsrə aid tarixi Əbülqasım mədrəsəsində təqdim edib.

Kulis.az xəbər verir ki, əl işi xalçalarla bəzədilmiş həyətdə keçirilən nümayiş yerli musiqilər və şoularla müşayiət olunub.

Tədbirin təşkilatçıları "Glamour Avenue" brendi ilə birgə İtaliya dəb mədəniyyətini Özbəkistanın zəngin sənətkarlıq ənənələri ilə birləşdirməyi hədəflədiklərini bildiriblər.

Şirkətin vitse-prezidenti Karolina Kuçinelli Özbəkistanın keramikası, zərgərlik və toxuculuq sənətinə heyranlığını ifadə edərək, bu ənənələrin İtaliyadakı mərkəzləri olan Solomeo kəndi ilə böyük bənzərlik təşkil etdiyini vurğulayıb.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər