Parisdə Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirildi

Parisdə  Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirildi
26 fevral 2022
# 13:20

Fransanın paytaxtı Paris şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatlar, fransız elm xadimləri, jurnalistlər, Azərbaycan icmasının və yerli ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbirin bədii hissəsində tanınmış azərbaycanlı pianoçu, bəstəkar, Azərbaycanın əməkdar artisti İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert proqramı təqdim edilib. Onu Makar Novikov (kontrabas), Saşa Maşın (zərb alətləri) və Bəhruz Zeynal (tar) müşayiət ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #