Parisdə Alzheymer xəstəliyinin araşdırılmasına maliyyə dəstəyi toplamaq məqsədilə "100 avroya 1 Pikasso" adlı xeyriyyə lotereyası keçirilir.
"Euronews"un verdiyi xəbərə görə, cəmi 120 min biletin satışa çıxarıldığı tirajda qalib gələn şəxs Pablo Pikassonun 1941-ci ilə aid "Tete de Femme" tablosunu qazanacaq.
Bütün biletlər satılacağı təqdirdə əldə olunacaq 12 milyon avro gəlirin böyük hissəsi birbaşa tibbi tədqiqatların maliyyələşdirilməsinə sərf ediləcək.
Bu təşəbbüs incəsənəti elit təbəqədən geniş kütlələrə çatdırmaqla yanaşı, qlobal sağlamlıq problemlərinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, böyük marağa səbəb olan tirajın nəticələri 14 aprel tarixində Parisdə keçiriləcək mərasimdə açıqlanacaq.