Paris Hiltonun sevimli iti öldü

Paris Hiltonun sevimli iti öldü
23 may 2023
# 12:30

Aktrisa və model Paris Hilton öz İnstaqram səhifəsində sevimli itinin ölümü ilə bağlı paylaşım edim.

Kulis.az xəbər verir ki, ulduz “Bu gün qiymətli Harajuku ilə vidalaşanda ürəyim parçalandı. 23 il ərzində o, mənim həyatımı sevgi, sədaqət və unudulmaz anlarla doldurdu", - deyə paylaşımda yazıb.

Hiltonun sözlərinə görə, onun üçün it təkcə ev heyvanı deyil, həm də əsl dost və ailə üzvü olub.

"O, son nəfəsinə qədər sevgi ilə əhatə olunmuş uzun, gözəl bir həyat yaşadı. Sözlər hal-hazırda yaşadığım böyük ağrını ifadə edə bilməz".

Qeyd edək ki, Paris Hiltonun bir neçə iti var. Modelin hətta ev heyvanlarına həsr etdiyi ayrıca İnstaqram hesabı da var.

Умерла любимая собака Пэрис Хилтон — GAPP.AZ

# 770 dəfə oxunub

Müəllifin son yazıları

# # #