1980-1990-cı illərdə məşhurlaşan amerikalı aktrisa Pamela Bax Los-Ancelesdəki evində ölü tapılıb.
Kulis.az xəbər verir ki, 62 yaşlı aktrisanın intihar etdiyi bildirilib. Belə ki, aktrisanın yaxınları ondan xəbər almadıqları üçün narahat olmağa başlayıblar. Evinə girəndə Pamelanın cansız bədənini tapıblar.
İlkin məlumata görə, cəsədin başında güllə yarası olub. Meyitin yanında vida məktubu tapılmayıb.
- Ağdam-Şuşa-Xankəndi FOTOLENT
- Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən film təqdim olundu
- Xalq artistindən 25 min manat aldı, anasını aldatdı - İlhamə Quliyeva
Los-Anceles polisi hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Pamela 1989-2006-cı illərdə tanınmış aktyor David Hasselhoffla ailəli olub.